Qobustanda mağazalardan oğurluq edən dəstə yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Qobustanda mağazalardan oğurluq edən dəstə yaxalandı

Kriminal

24 Fevral 2024 09:54 1145


Qobustanda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Çuxanlı və Yekəxana kəndlərində yerləşən ümumən 3 mağazadan eyni gündə oğurluq edilməsi barədə şöbəyə məlumat daxil olub.

Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxslər kassalarda olan pulu, telefon danışıq kartlarını və dəyəri 1000 manatdan yuxarı olan tütün məmulatlarını oğurlayıblar. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər – Fərid Ağarzazadə, əvvəllər də oğurluğa görə məhkum olunmuş Qəzənfər İsaqlı, Qərib İsmayılov, Cahandar Cəbrayılov və Müşviq Həsənov saxlanılıb. pizza hut

Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan Qobustana gəldikləri və məqsədlərinə çatdıqdan sonra Bakıya qayıdaraq əldə etdiklərini öz aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!