Qobustanda neft məhsullarının qanunsuz satışının qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Qobustanda neft məhsullarının qanunsuz satışının qarşısı alındı

Kriminal

04 Mart 2023 12:33 810


Qobustanda yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat yayıb.

FHN-ə Qobustan qəsəbəsi ərazisində Akif Qasımov və Sənan Zərbəliyevin yanğın təhlükəsizliyi qaydaları pozulmaqla ayrı-ayrı ünvanlarda şəxsi avtomobillərində daşına bilən qablarda qanunsuz neft məhsullarının satışının həyata keçirilməsi barədə məlumat daxil olub. Sezar pizza

Məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.

Keçirilmiş tədbirlər zamanı həqiqətən də vətəndaşlar A.Qasımov və S.Zərbəliyev tərəfindən yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq neft məhsullarının kustar üsulla plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı öz təsdiqini tapıb.

Aşkar olunan faktın insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, FHN əməkdaşları tərəfindən yanacaq satışının qarşısı dərhal alınıb və tərtib olunmuş akt hər iki vətəndaşa təqdim edilib. Bununla yanaşı, yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlarla profilaktik söhbət aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!