Qondarma “Artsax”ın Ermənistandakı “qərargahı” BAĞLANDI

saytların hazırlanması

Evə çatdırılma

Qondarma “Artsax”ın Ermənistandakı “qərargahı” BAĞLANDI

Dünya

20 Oktyabr 2023 11:17 420


Özünü buraxmış qondarma “Artsax”ın Ermənistandakı “qərargahı” öz fəaliyyətini dayandırır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

“Qərargah” bəyan edib ki, Qarabağdan köçüb gələn ermənilərin problemlərilə Ermənistan Hökumətinin Humanitar Mərkəzi məşğul olur. Qarabağ erməniləri istənilən məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 saat fəaliyyət göstərən “114 qaynar xətti"nə zəng edə və ya Vahid Sosial Xidmətin ərazi (vilayət) mərkəzləri ilə əlaqə saxlaya bilərlər.  Dördpendirli pizza

“Buna görə də İrəvan şəhəri Abovyan küçəsi 9 ünvanında fəaliyyət göstərən “operativ qərargahımız” öz işini dayandırır”, - deyə qurum bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!