“Qonşularımız müdriklik edib normal qarşılıqlı əlaqə yolunu tutarsa…” - Polad Bülbüloğlu

saytların hazırlanması

Evə çatdırılma

“Qonşularımız müdriklik edib normal qarşılıqlı əlaqə yolunu tutarsa…” - Polad Bülbüloğlu

Siyasət

08 Dekabr 2020 18:50 1295


“Azərbaycan əsgərləri uzun illər işğal altında olan torpaqları azad etdilər və bununla da bu gün təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni səhifə başlayır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən biznes forumda çıxışı zamanı deyib.

“Prezidentimiz İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu bütün region üçün geniş fürsət pəncərəsi yaradır. Qonşularımız müdriklik edib normal qarşılıqlı əlaqə yolunu tutarsa, bu bütün bölgə üçün faydalı olacaq”, - səfir bildirib.  /Report pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!