“Qoy Putin ilk gündən itkini hiss etsin” - ABŞ rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Qoy Putin ilk gündən itkini hiss etsin” - ABŞ rəsmisi

Dünya

29 Yanvar 2022 12:51 1065


ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi halında, onun sənaye potensialını zəiflətmək üçün sanksiyalardan istifadə etməyi planlaşdırır.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) üzvü Piter Harrell danışıb:

“Əsas məqsəd zaman keçdikcə Rusiyanın sənaye potensialını və istehsal gücünü azaltmağa kömək edəcək tədbirlər görməkdir. Ancaq yeni məhdudiyyətlər adi rus istehlakçılarını hədəf almayacaq. Maliyyə institutlarına qarşı sanksiyalar kapitalın xaricə axınına, inflyasiyaya səbəb olmalı, həmçinin Rusiya Mərkəzi Bankını digər banklara maliyyə yardımı göstərməyə məcbur etməlidir. Bununla da Vladimir Putin ilk gündən itkini hiss etsin”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!