Qrosu: “Moldova sanksiyalara qoşulacaq“

saytların hazırlanması

Evə çatdırılma

Qrosu: “Moldova sanksiyalara qoşulacaq“

Dünya

24 İyun 2022 12:51 759


"Aİ üzvlüyünə namizəd statusu Moldovanı Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməyə məcbur edir".

Yenisabah.az "Moldova 1"ə istinadla xəbər verir ki, bunu Moldova parlamentin spikeri İqor Qrosu bildirib.

İyunun 23-də Avropa İttifaqının dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovaya ittifaqa üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. pizza mizza

“Moldova Aİ ilə həmrəy olacaq, statusumuz və Avropa arzularımız bizi həmrəyliyə məcbur edir. Aydındır ki, biz Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulacağıq, onlar hərbi əməliyyatları dayandırmaq, insanların öldürülməsini dayandırmaq və danışıqlar masasına oturmaq üçün nəzərdə tutulub. Biz buna bütün diplomatik vasitələrlə nail olmaq istəyirik”, – deyə Qrosu vurğulayıb. 

O bəyan edib ki, Moldova Rusiya ilə yaxşı münasibətlər qurmaq istəyir, onunla ticarət etmək istəyir, ancaq qarşılıqlı hörmət əsasında.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!