İsveç məhkəməsi Rusiya əsilli İsveç vətəndaşı Sergey Skvortsova Rusiya xeyrinə casusluq ittihamı üzrə bəraət verib.
Yenisabah.az Associated Press-ə istinadla xəbər verir ki, ittihamnamədə Skvortsovun casusluq fəaliyyətinin İsveç və ABŞ-a qarşı yönəldiyi iddia edilib. İsveç prokurorluğunun nümayəndəsinin sözlərinə görə, o, öz biznesindən texnologiyanı qanunsuz əldə etmək və QRU-ya ötürmək üçün istifadə edib.
Məhkəmə qərarında deyilir: “Skvortsovun fəaliyyəti yalnız Qərbdə texnologiya almağa yönəlib, İsveç və ya ABŞ haqqında casusluq kimi qiymətləndirilə bilən məlumat əldə etmək deyil”. Dominos pizza
Skvortsov azadlığa buraxılıb.
Telegram kanalımız