Qubanın Bağbanlı kəndində dünən baş verən qətllə bağlı bəzi məqamlar məlum olub.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, mərhumun yaxınları 86 yaşlı anasının qətlinə görə tutulan oğlu Zülfüqar İsmixanov əsəb xəstəliyindən əziyyət çəkdiyini deyiblər. O hətta bir neçə dəfə psixionevroloji mərkəzdə müalicə alıb. Z. İsmixanov spirtli içki aludəçisi olduğu, qətli sərxoş halda törətdiyi bildirilib.
49 yaşlı Zülfüqar İsmixanov 86 yaşlı anası Zöhrə İsmixanovanın baş nahiyəsinə odun parçası ilə xəsarətlər yetirib. Qadın təcili tibbi yardım avtomobili ilə Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. pizza mizza
Zülfüqar İsmixanovun 1-ci Qarabağ müharibəsinin iştirakçısı olduğu, 2-ci qrup əlil olduğu da bildirilib. Onun 2 övladı var.
Telegram kanalımız