Qubada 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində baş verib.
Belə ki, 1936-cı il təvəllüdlü Gülbaba Əzizov yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb. pizza
Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız