Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb.
1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib. pizza mizza
Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız