Qubadlıda döyüş sursatları aşkarlanıb.
Yenisabah/az DİN-in Mətbuat Xidmətinə isinadla xəbər verir ki, rayonun Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən döyüş sursatları aşkar edilib.
Təhlükəsizlik tədbirlərinə riayət edilməklə 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib. pizza hut
Faktla bağlı Qubadlı RPŞ-də araşdırma aparılır.
Telegram kanalımız