Quru sərhədlər açılır? “Qırmızı körpü“də SON VƏZİYYƏT

saytların hazırlanması

Evə çatdırılma

Quru sərhədlər açılır? “Qırmızı körpü“də SON VƏZİYYƏT

Sosial

25 Dekabr 2024 10:18 4561


Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” gömrük postunda 450 avtomobil növbə gözləyir.

“Yeni Sabah” Xəzər TV-yə istinadən bildirir ki, məlumata görə, Samur gömrük postunda 77, “Mazımqara”da 16, “Astara”da 73, “Biləsuvar” gömrük postunda isə 5 yük maşını var. “Xanoba” gömrük postunda isə gözləyən yük avtomobili yoxdur. Sıxlıq Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda yaşanır. Orada 450 avtomobil  növbə gözləyir .

Əksər sürücülər çox vaxt Gürcüstan tərəfində yaranan problemlərə görə gözləməli olduqlarını bildirirlər. pizza hut

Dövlət Gömrük Komitəsindən də “Xəzər Xəbər”ə bildirildi ki, 450 TIR-ın keçidi günün tələblərinə uyğun sutka ərzində problemsiz təmin olunur. Hazırda bu rəqəm ümumi sistemdəki göstəricidir və sıxlıq hesab edilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!