Qusar şəhərində yaşayış evi yandı, bir nəfər yanaraq öldü

Qusar şəhərində yaşayış evi yandı, bir nəfər yanaraq öldü

Hadisə

05 Dekabr 2022 21:46 479


Qusar şəhərində yaşayış evi yanıb, bir nəfər yanaraq ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin döşəməsi 2 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

"Report"un Şimal bürosu xəbər verir ki, şəhər sakini 1973-cü il təvəllüdlü Arif Ricayəddin oğlu Qədirovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yanğın M.V.Vidadi küçəsində yaşayış evində qeydə alınıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!