Qusar sakinlərində narkotik aşkarlanıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon sakinləri Elbrus Mürşüdov və Zamir Seyidəhmədov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib. Sezar pizza
Telegram kanalımız