Qusarda FACİƏ: Nənə və nəvəsi yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Qusarda FACİƏ: Nənə və nəvəsi yanaraq öldü

Hadisə

14 Yanvar 2023 10:06 738


Qusarda iki nəfərin ölümü ilə nəticələnən yanğın baş verib. 

DİN-in Mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, hadisə bu gün səhər saatlarında rayonun Yeni Həyat qəsəbəsində sakin Ənvər Əlirzayevə məxsus evdə qeydə alınıb. 

Belə ki, səhər saat 8 radələrində yanğın baş verməsi ilə bağlı Qusar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gedərək FHN əməkdaşları ilə birgə yanğının söndürülməsi ilə bağlı tədbirlər görüblər. Yanğının başqa evlərə keçməsinin qarşısı alınıb.  Toyuqlu pizza

Yanğın söndürüldükdən sonra hadisə yerində Ə.Əlirzayevin həyat yoldaşı, 1955-ci il təvəllüdlü Zərəngül Əlirzayev və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib. 

İlkin ehtimallara görə, yanğın odun sobasından başlayıb. Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!