Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın  xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın xəstəxanada öldü

Kriminal

09 Mart 2023 15:55 692


Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra xəstəxanada ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Cari il yanvarın 23-də “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin ginekologiya və doğum şöbəsində qeysəriyyə əməliyyatı keçirən Aygün Nemətovanın martın 7-də həmin xəstəxananın reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Marqarita pizza

Hazırda iş üzrə ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!