Qusardakı yanğında ölənlərdən biri ADA-nın tələbəsi imiş

Qusardakı yanğında ölənlərdən biri ADA-nın tələbəsi imiş

Hadisə

24 Yanvar 2023 09:20 658


Qusarda "Park Qusar" istirahət mərkəzində baş vermiş yanğında həlak olanlardan biri ADA Universitetinin tələbəsi olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə universitet sosial şəbəkə səhifəsində məlumat paylaşıb. 

Bildirilib ki, Qusar rayonunda baş verən yanğın nəticəsində Rauf və ailəsi həlak olub. İT və Mühəndislik Məktəbinin parlaq tələbələrindən olan Rauf ali məktəblərə qəbul imtahanından 670 bal toplayıbmış. 

Qeyd edək ki, yanvarın 22-si saat 04 radələrində Qusar rayonunda yerləşən "Park Qusar" hoteldə baş verən yanğın zamanı 4 nəfər şəxs - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov həlak olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!