Quterreş İsrailin hərəkətlərini pislədi

saytların hazırlanması

Evə çatdırılma

Quterreş İsrailin hərəkətlərini pislədi

Dünya

31 İyul 2024 22:12 560


BMT-nin baş katibi Antonio Quterreş İsrail ordusunun Beyruta endirdiyi zərbəni və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsini tənqid edib.

Yenisabah.az xəbər verir ki, bunu onun sözçüsü Stefan Düjarrik deyib.

O bildirib: "Baş katib hesab edir ki, Beyrutun cənubunda və Tehranda baş verən hücumlar, bütün səylərin Qəzzada atəşkəs və İsrail-Livan sərhədində sakitliyin bərqərar edilməsinə yönəldilməli olduğu bir vaxtda təhlükəli eskalasiyadan xəbər verir". pizza mizza

Düjarrikin sözlərinə görə, Quterreş maraqlı tərəfləri “hamı üçün uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün regionda gərginliyin azaldılması üçün enerjili işləməyə” çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!