Raket hücumu nəticəsində xəsarət alan şəxsə sosial dəstək göstərilir

saytların hazırlanması

Evə çatdırılma

Raket hücumu nəticəsində xəsarət alan şəxsə sosial dəstək göstərilir

Sosial

25 Dekabr 2020 12:14 702


Erməni terrorundan zərər çəkən həmvətənlərimizdən biri də Bərdə rayon sakini Şirinov Elçin Həvəskar oğludur. 36 yaşlı Elçin erməni faşistlərinin 28 oktyabrda Bərdəyə raket hücumu nəticəsində xəsarət alıb, ayağı amputasiya olunub.

Yenisabah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Elçin və ailəsi ilə görüşüblər. 

Nazirlikdən APA-ya verilən məlumata görə, ailə dörd nəfərdən (özü, həyat yoldaşı, 10 və 6 yaşlarında iki uşağı) ibarətdir. Elçinə yaxın günlərdə əlillik təyinatı aparılacaq, sonra isə aylıq sosial ödənişlə təmin olunacaq. Bu barədə ona məlumat verilib. Sezar pizza

Həmçinin taksi fəaliyyəti ilə məşğul olmuş Elçinin avtoyuma üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyi nəzərə alınmaqla, növbədənkənar bu proqrama cəlb edilib. Yaxın günlərdə avtoyuma üzrə xidmət sahəsini yaratmaq üçün lazımı avadanlıqlarla təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!