“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost 

saytların hazırlanması

Evə çatdırılma

“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost 

Sosial

03 Sentyabr 2020 07:50 1273


Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayılıb.

"Yeni Sabah" xəbər verir ki, bu görüntülərdə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qayınatasının şəninə tost deyir. O əlində badə tutaraq bildirir: 

“Ramiz müəllimin böyük siyasi xadim olmağını yəqin ki, bu masaların arxasında əyləşən insanların hamısı çox gözəl bilir. Amma mən başqa bir məqama toxunmaq istəyirəm. Mən istəyirəm deyəm ki, nəinki bu masaların arxasında onuranlar, əlbəttə hamısını nəzərdə tutmuram, söhbət gedir qohumlardan, Ramiz müəllimin tayfası, mənim nəslim-tayfam, bu insanların Ramiz müəllimin boynunda böyük haqları var. (Səhvini düzəldir..) Ramiz müəllimin o insanların boynunda böyük haqqı var.  Dördpendirli pizza

Ramiz müəllimin bu insanların həyatında böyük rolu olub. Hətta- əfsuslar olsun ki, Əlikram müəllim getdi, məni yalan deməyə qoymazdı - bizim təzə qohumlarımızın da demirəm hanısının, amma müəyyən qisminin həyatında Ramiz müəllimin çox böyük rolu olub. 

Və hesab edirəm ki, onlar bunu yadlarından çıxarmayıblar, bilirlər və buna qiymət verirlər. Ramiz müəllim sizin şərəfinizə, bir daha təşəkkür edirik bu gözəl axşama görə. Sizə can sağlığı arzu edirik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!