Ramiz Novruzun oğlu: “Nə efirdə, nə də səhnədə olacam“

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Novruzun oğlu: “Nə efirdə, nə də səhnədə olacam“

Şou

22 Fevral 2023 13:28 5077


Mərhum xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov sosial şəbəkədə atasıyla bağlı paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, Cavidan Novruz bu sözləri yazıb: 

"Allahdan tək istəyim Ramiz Novruzun yuxuma heç olmasa bir dəqiqəlik gəlməsidir. Məni ancaq yerimdə olan və bu acını yaşayan insanlar tam anlayacaq. Allah hər birinizdən razı olsun, atamı nə qədər sevdiyinizi o qədər hiss etdirdiniz ki, bu, mənə və ailəmə ən gözəl təskinlik idi.  pizza sifarişi

Bütün Ramiz Novruz yaradıcılığını sevənlər, Allah sizlərdən min dəfə razı olsun. İnanılmaz dərəcədə pisəm. Elə bir arxa dayaq, elə bir insanı gözlənilmədən itirdim ki, bu, məndə uzun illər tramva qalacaq. 

Çox güman ki, nə efirdə, nə də səhnədə olacam. Çünki psixoloji və mənəvi olaraq hər şeydən soyumuşam. Açıq və səmimi deyirəm. Atamın üç və yeddi mərasimi həftənin dördüncü günü keçiriləcək". 

Qeyd edək ki, Ramiz Novruz ötən gün mədə xərçəngindən dünyasını dəyişib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.,Teleqraf.com 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!