Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz atasının ölümündən sonra özünü cəzalandırdığını bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə danışan Ş.Novruz hətta özünə qəsd etmək belə istədiyini, lakin bunu bacarmadığını etiraf edib. O, özünü günahlandırdığı üçün küt qayçı ilə saçlarını dibindən kəsdiyini bildirib:
“O gün bir qızın atasının vəfatına dözməyib intihar etdiyini eşitdim. Bir daha başa düşdüm ki, mən yaxşı qurtardım. Yoxsa ki, atamın vəfatından bir həftə sonra beynimdən min dənə şey keçirdi. Beynimdən keçən özümə necə cəza verə biləcəyim idi... Ac qalmaq istədim, gücüm yetmədi, ölmək istədim, cürət edə bilmədim, yəqin qorxağam. Mən də özümə cəza vermək, incitmək məqsədilə bunu düşündüm, çünki mənə yaraşıq verən saçlarım idi. Saçlarımı sevirdim, bu cür qısa kəsimdən isə həmişə zəhləm gedib. Kəsdirənləri də başa düşməmişəm. Küt qayçı ilə haradan, necə gəldi saçlarımı kəsdim, boşluğa düşdüm. Bu videoda isə 10 gün keçdikdən sonra ustamız küt qayçı ilə kəsdiyim saçlarımı səliqəyə salır. Bir şeyə şok olmuşam, saçımda demək olar ki, ağ tük yox idi, indi isə gördüm ki, saçım ağappaq olub. İlk dəfədir belə bir şeyin şahidi oldum. Bu görüntüləri ona görə paylaşdım ki, birdən-birə məni bu qədər qısa saçda görüb qorxmayasınız. Mənə gülməyin, çünki hər dəfə başı bağlı, yaxud parikdə gəzə bilməyəcəyəm. Düzələr, narahat olmayın, atam demiş, bu da keçər...” Dominos pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız