Ramzan Kadırov “tanınmış insan haqları müdafiəçisi” elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Ramzan Kadırov “tanınmış insan haqları müdafiəçisi” elan olundu

Dünya

31 Dekabr 2021 18:03 824


Çeçenistan Şimali Qafqaz regionunun başçısı Ramzan Kadırov və valideynləri regional insan haqları ombudsmanı tərəfindən “tanınmış insan haqları müdafiəçiləri” elan olunub.

Dekabrın 30-da Qroznıda keçirilən mərasimə Kadırov qatılmayıb. Ombudsman Nurdi Nuxajiyev deyib ki, Kadırov ailəsi “insan haqlarının təmin olunması və dövlətin möhkəmləndirilməsinə... nəhəng töhfə” verib.

Mərasimin videosunu internetə Qroznı dövlət televiziyası yerləşdirib. Sezar pizza

Kadırovun atası, keçmiş prezident Əhməd Kadırov və anası Aimani Kadırovaya da medal verilib. Əhməd Kadırov 2003-cü ildən Çeçenistan prezidenti olub, 2004-cü ilin mayında qətlə yetirilib.

Bu ayın əvvəlində Kadırovun qızı, Çeçenistanın Mədəniyyət naziri Ayşad Kadırovaya İnsan Haqlarının Müdafiəsinə görə medalı verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!