Rayonlara gediş-gəliş hansı şərtlərlə olacaq? - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Rayonlara gediş-gəliş hansı şərtlərlə olacaq? - RƏSMİ

Sosial

04 Sentyabr 2020 20:03 3497


Ölkənin şəhər və rayonlarından sərt karantin rejiminin mövcud olduğu Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qərarı qüvvədə qalır.

Yenisabah.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli  qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

İndiyə qədər xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdı. Beləliklə, fərdi avtomobillərlə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışa icazə verilsə də, ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qüvvədə qalır. Sezar pizza

Bu qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!