Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı?   - Deputatdan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - Deputatdan AÇIQLAMA

Sosial

01 Yanvar 2021 10:10 980


"COVID-19" pandemiyasının sürətli yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində dekabrın 14-dən yanvarın 18-dək yenidən sərt karantin rejimi tətbiq olunur. Operativ Qərargahın son brifinqində rayonlara gediş-gəlişin də məhdudlaşdırılmasına dair qərarın qəbul olunduğu açıqlanıb. Yanvarın 18-dən sonra yaxın zamanlarda rayonlara gediş-gəliş bərpa edilə bilərmi?

Yenisabah.az xəbər verir ki, bununla bağlı deputat Cavid Osmanov danışıb:

"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yanvarın 18-nə kimi məhdudlaşdırıcı sərt karantin rejimi tətbiq olunub. Bununla da bəzi şəhər və rayonlarımıza gediş-gəliş bağlanıb. Yanvarın 18-nə kimi olan statistik göstəricilərdə yoluxanların sayı ilə sağalanların sayında normallaşma müşahidə olunarsa, bundan sonrakı mərhələdə Operativ Qərargah mövzuyla bağlı yeni qərarını açıqlayacaq. pizza

Düşünürəm ki, vəziyyət normallaşsa və yoluxma sayı getdikcə azalsa, 18-dən sonra gediş-gəliş bərpa oluna bilər".  /Sonxəbər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!