Rayonlarda 36 dərəcə isti var - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda 36 dərəcə isti var - FAKTİKİ HAVA

Sosial

17 İyul 2024 10:18 540


İyulun 17-si saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin iyulun 16-sı günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 11 mm, Qrız, Xınalıqda 5 mm, Şəki, Xaltan, Şabran, Qusar, Altıağac, Daşkəsən, Göygöl, Oğuz, İsmayıllı, Yevlax, Göyçayda 3 mm-dək olub.  pizza hut

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!