Razi Əliyevanı döyən biznesmenin məhkəməsində gözlənilməz iddia

saytların hazırlanması

Evə çatdırılma

Razi Əliyevanı döyən biznesmenin məhkəməsində gözlənilməz iddia

Kriminal

18 Yanvar 2024 17:27 931


Model Raziyat Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin nümayəndəsinin prosesin qapalı keçirilməsi barədə verdiyi vəsatət müzakirə edilib.

Vəkilin vəsatəti qismən təmin edilib və prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Şəxsi həyat və peşə fəaliyyəti ilə bağlı sirr təşkil edə bilən hissələrdə məhkəmə qapalı keçiriləcək. Toyuqlu pizza

Prokuror Cövdət Mehrəliyev cinayət işinin ibtidai araşdırılması zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini qeyd edərək işin məhkəmə baxışına verilməsini istəyib.

Təqsirləndirilən Ziya Hüseynzadə isə həbsinin sifarişli olmasını iddia edib və bunu sübut edən sənədləri məhkəməyə təqdim edəcəyini deyib.

Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını elan edərək məhkəmə baxışını yanvarın 22-nə təyin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!