Razi Nurullayevə qarşı qaralama kampaniyası aparılır.
Yenisabah.az xəbər verir ki, bu, barədə deputatın sosial şəbəkə hesabında məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat, prezidentliyə namizəd Razi Nurullayevə qarşı sosial şəbəkədə qaralama kampaniyası başlayıb. pizza mizza
"Şər-böhtan kampaniyasını aparanlar Razi Nurullayev adına saxta hesab açıb əsassız, yalan informasiyalar paylaşırlar.
Bildiririk ki, aşağıda linkləri paylaşılan hesablar xaricində Razi Nurullayev adına olan hesablar və orada paylaşılan informasiyalar saxtadır", - deyə deputatın rəsmi hesabları sadalanıb.
Sonda qeyd edilib ki, bu kimi hallara qarşı partiya gərəkli hüquqi tədbirləri görəcək.
Telegram kanalımız