“Bəzi populistlər sosial mövzulara girəndə elə bilirlər ki, "auksiondur", kim daha böyük rəqəm desə, o qalib gələcək. Xalqın intellektual potensialı ilə alay edirlər, mövzuları araşdırmırlar. Həm də elə bilirlər ki, İlham Əliyev daimi prezident, YAP həmişə hakimiyyətdə olacaq, ona görə də danışanda, rəqəm səsləndirəndə boğazdan yuxarı danışırlar”.
Yenisabah.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. O REAL-çıların bu məsələlərə həmişə məsuliyyətlə yanaşdığını deyib:
“Biz özümüzü gələcək hökumət kimi düşünməyi öyrətməyə çalışırıq. Sən bu gün çıxıb, "hər uşağa 300 manat verilsin",-deyirsənsə, deməli sənin hakimiyyətə gəlmək fikrin yoxdur, içiboş populizmlə məşğulsan, gələcəkdə özünü hökumət kimi görmürsən. Ölkədə 2,8 mln. 18 yaşına qədər uşaq var, hər birinə 300 manat versək, bu ilə 10 mlrd. manatdan çox, 200 manat versək, 7 mlrd, 100 manat versək, 3,5 mlrd. manat edəcək. Büdcə isə 25 mlrd. manat civarındadır. pizza hut
Gələcəkdə bu hakimiyyətə qalib gəlib özü hökumət olmaq istəyən ciddi siyasi qüvvə təklif verərkən bunun mənbələrini də elan etməlidi, amma həmin populist kəsim nə deyir?! Deyir ki, "oliqarxlardan alıb paylamaq lazımdı", tipik bolşevik düşüncəsidir, amma tutalım elədir, 1 il onlardan aldın, 2 il alıb payladın, bəs sonra?!
Biz isə məsuliyyətli yanaşma təklif edirik ki, sabah hökumət olanda dediyimizi yerinə yetirə bilək: Uşaqpulu məsələsi mütləq həll edilməlidir, amma bunun ədalətli və davamlı olması lazımdır, bunun üçün isə ilk növbədə ehtiyacı olanlar, sosial vəziyyəti ağır olan ailələr almalıdır”.
Natiq Cəfərli bildirib ki, hamıya, məsələn, 20-30 manat verməkdənsə, ehtiyacı olanlara 100-150 manat vermək daha doğrudur:
“Ölkə büdcəsindən ilə 1 mlrd. manatı bu məsələyə ayırmaq olar, bunu əsaslandırmaq mümkündür. Belə yanaşmanı həm hökumətdən tələb etmək lazımdır, həm də özümüz hökumət olanda edə biləcəyik.
Siyasətçi məsuliyyətli olmadısa, populizm "qusdusa", eləsindən heç kimə xeyir gəlməyəcək, bunu dəqiq bilin”.
Telegram kanalımız