Reanimasiyaya yerləşdirilən Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Reanimasiyaya yerləşdirilən Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama

Sosial

03 Yanvar 2025 17:50 780


"Hazırda aktyor Azər Baxşəliyevə böyrək köçürülməsindən söz gedə bilməz".

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova deyib.

"Azər bəy koma vəziyyətində xəstəxanaya daxil olub, hazırda reanimasiyadadır. Onun adı böyrək nəqli olunacaq xəstələr siyahısındadır. Donor gözləyən xəstələrdən biridir. Bu gün biz onun ağırlaşmış vəziyyətdən çıxmasını gözləyirik. Həkimlər ilkin mərhələdə onu bu vəziyyətdən çıxarmağa çalışırlar. Hazırkı situasiyada böyrək nəql edilməsindən söz gedə bilməz. Onun vəziyyəti həddən artıq ağırdır. Ağır olaraq qalmaqda davam edir. Süni tənəffüs aparatına qoşulub", - deyə o bildirib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ALLAHIN. KÖMƏYİ OLSUN. HƏKİMLƏRDƏN ŞƏFA TAPSIN. AMİN İNŞALLAH.
    1 year ago