“Rəfiqə də sənin kimi təcrübəsizdir...” - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“Rəfiqə də sənin kimi təcrübəsizdir...” - Aktrisa

Şou

28 Noyabr 2022 13:11 947


“7-ci sinifdə oxuyarkən, anamı itirmişəm. O, mənim nə sənətkar, nə də ana olduğumu görə bildi. Həmişə bir sözü var idi ki, bircə bunu böyütsəydim. Nə bilim qismət. Mənə elə gəlir, o sağ olsaydı, bəlkə mən bu sənətdə də olmazdım”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri “Düzünə qalsa…” verilişində Əməkdar artist Sənubər İsgəndərli deyib.

Aktrisa anasının ona çox qadağa qoyduğunu söyləyib: pizza sifarişi

“Onun qadağaları mənim qızıma qoyduğum qadağalardan da çox idi. Daha dərin idi...Təki övladlar valideynlərin çiynində getməsin. Bu yaşıma gəlib çatmışam, anaya həmişə ehtiyac olur. 11-12 yaşım var idi, anam hələ sağ idi. Bir gün dayımgilə getmişdik.

Dayım bəlli bir yaşda idi, övladları da böyük idi. 60 yaşı var idi, bir ana mahnısına qulaq asan kimi ağladı. Çatmırdı mənə, dedim, bu niyə ağlayır, anası çoxdan ölüb də. Deməli, o yaşda insan da ana üçün ağlayarmış... Anadı insanı qoruyan. Qızıma da deyirəm ki, nə sözün oldu, gəl, anaya de. Rəfiqə də sənin kimi təcrübəsizdir...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!