Ötən gecə dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli ilə vida mərasimi başlayıb.
Yenisabah.az “Report”-a istinadən xəbər verir ki, mərasim onun Fəvvarələr meydanının yaxınlığında yerləşən evində keçirilir.
Mərasimdə mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak edirlər. pizza sifarişi
Vida mərasimi bitdikdən sonra mərhum Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R.Rəhimli ötən gecə yaşadığı evdə ürəktutmasından dünyasını dəyişib.
Telegram kanalımız