Müğənni Aysun İsmayılova keçmiş əri Eşqin Cəlilovdan danışıb.
Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, ifaçı qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda gözlənilmədən verilişin aparıcısı Zaur Baxşəliyevin ona ünvanlanan ailə həyatı ilə bağlı sualla üz-üzə qalıb.
Zaurun "Həyat yoldaşınla münasibətin necədi? Eşqini sevirsən" sualına Aysunun reaksiyası belə olub: Sezar pizza
"Artıq şəxsi həyatımla bağlı heç bir şey danışmaq istəmirəm. Buradan məni böyüklər izləyir. Evdən atam, qaynanam, qaynatam izləyir. Hər ailədə söz-söhbət olur. Qismət, hər şeyi həyat göstərər".
Aparıcının "Birdən qapı açılsa, həyat yoldaşın içəri girsə..." sözlərinə İsmayılova deyib: "Nə olar? (gülür) Zaur tərlədim burda. Gəl belə edək, layihələrimdən danışım, yeni iş birliyinə başlamışam".
Qeyd edək ki, Aysunla Eşqin cütlüyü iyun ayında evlənsələr də bir neçə aydan sonra ayrılıblar.
Telegram kanalımız