Rəşad Dağlının narkotiki pisləməsi qarşı tərəfi qane etməyib – Vəkildən AÇIQLAMA – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Dağlının narkotiki pisləməsi qarşı tərəfi qane etməyib – Vəkildən AÇIQLAMA – VİDEO

Şou

10 Noyabr 2022 17:48 1114


ATV-nin “Bizimləsən” proqramında ötən gün qonşusunu öldürən məşhur meyxana ustadı Rəşad Dağlı ilə bağlı bəzi məsələlər barəsində müzakirə aparılıb.

Yenisabah.az xəbər verir ki, vəkil Gülnar Nəzərli, dünyasını dəyişən və qətli törədən Rəşad Dağlı ilə bağlı fikirlərini bölüşüb:

“Məlumat üçün qeyd edim ki, öldürülən şəxs, daha öncə həbs yatmış, narkotik vasitələrin alışı, satışı, dövriyyəsi və istifadəsinə görə məhkum olunmuş şəxsdir. Məndə olan məlumata görə, ailəli olmayıb və övladı yoxdur. Son bir neçə həftə idi ki, azadlıqda idi. Pepperoni pizza

Şadlıq saraylarının birində kişi məclisi olub və meyxana deyilib. Orada Rəşad Dağlı, narkotik aludəçilərini və narkotiki öz meyxanasında pisləyib. Həmin şəxs o məclisdə olduğu üçün, bu sözləri öz üzərinə götürüb və ağır sözlər deyib. Heç bir kişi bunu qəbul etməz. Daha sonra yaşadıqları Lökbatan qəsəbəsində, saat 5-də görüş təyin ediblər. Daha sonra, aralarında nə baş veribsə, ikisi bilə bilərdi”.

Daha ətraflı video görüntüdə izləyə bilərsiniz:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!