Rəşad Hüseynova yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Hüseynova yüksək vəzifə verildi

Sosial

17 İyul 2024 14:13 778


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinə (ATM) yeni direktor təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu, Rəşad Hüseynovdur.

O, bundan əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini olub və yeni vəzifəsində Firdovsi Fikrətzadəni əvəz edib. 2019-cu ildən ATM-ə rəhbərlik etmiş F.Fikrətzadə iyunun 10-da öz ərizəsi ilə işdən azad olunub. Sezar pizza

R.Hüseynov Azərbaycan Dövlət Aqrar Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb, Almaniyanın "Weinhenstephan Triestdorf" Tətbiqi Elmlər Universitetində biznesin idarıə edilməsi, Bonn Universitetində isə Qida və resursların iqtisadiyyatı üzrə magistr dərəcəsi alıb, 2010-2015-ci ildə Bonnda doktorluq işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi ünvanı alıb.

İngilis, alman və rus dillərini bilir. Ailəlidir, üç övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!