Livanın xarici işlər naziri Abdullah Bu Həbib İsrailin işğalı altında olan Colan Təpələrində 12 uşaq və yeniyetmənin ölümü ilə nəticələnən hücumla bağlı beynəlxalq təhqiqatın aparılmasını tələb edib və genişmiqyaslı cavab verilməməsi barədə xəbərdarlıq edib.
Yenisabah.az xəbər verir ki, Livanın xarici işlər naziri verdiyi açıqlamada hücuma görə kimin məsuliyyət daşıdığını "həqiqəti öyrənmək üçün" müstəqil araşdırma aparmaqda israr edib.
Xatırladaq ki, İsrail Colan Təpələrində Məcdəl Şəmsə raket hücumuna görə Livanın Hizbullah hərəkatını günahlandırır. pizza hut
Hizbullah isə öz növbəsində hər hansı əlaqəni inkar edir.
Telegram kanalımız