Qırğızıstan hökuməti Bişkekdə baş verən iğtişaşlarla bağlı bəyanat yayıb.
Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti sosial şəbəkələrdə yalan məlumatların yayılması ucbatından etnik zəmində zorakılıq və iğtişaş törətmək cəhdlərini qətiyyətlə pisləyib. Bundan başqa, o, beynəlxalq mətbuatda iddia edilən qətllər və əcnəbi tələbələrə qarşı zorakılıq halları ilə bağlı yalan xəbərləri təkzib edib.
Qırğızıstan hakimiyyəti əmin edib ki, təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunması üçün bütün lazımi tədbirlər görülüb. Hüquq-mühafizə orqanları ictimai asayişi pozmaq cəhdlərinin qarşısını qətiyyətlə alacaq. pizza sifarişi
Hindistan və Pakistan səfirlikləri Qırğızıstanda olan vətəndaşlarına vəziyyət tam sabitləşənə qədər evdə qalmağı və mümkünsə küçəyə çıxmamağı tövsiyə edib.
Xatırladaq ki, mayın 18-nə keçən gecə Bişkekdə yerli sakinlərlə əcnəbilər arasında toqquşma baş verib və iğtişaşlara çevrilib. Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Səhiyyə Nazirliyi iğtişaşlar zamanı 29 nəfərin xəsarət aldığını bildirib.
Telegram kanalımız