Rəsmi Düşənbə də Bakı və İrəvana çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Düşənbə də Bakı və İrəvana çağırış etdi

Dünya

14 Sentyabr 2022 10:46 810


Tacikistanın baş naziri Koxir Rəsulzoda KTMT-nin növbədənkənar sessiyasında onlayn olaraq çıxış edərək, Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti diplomatik vasitələrlə tezliklə həll etməyə çağırıb.

Yenisabah.az "Xovar" agentliyinə istinadla xəbər verir ki, görüşdə Tacikistan Prezidenti Emoməli Rəhmonun adından baş nazirin iştirak edib. Rəsulzoda Tacikistan tərəfinin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.

O vurğulayıb ki, indi "vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və problemlərin həlli yollarını tez bir zamanda siyasi və diplomatik kanala qaytarmaq vacibdir". Marqarita pizza

Rəsulzoda əmin olduğunu bildirib ki, regionda sülhün və sabitliyin təmin olunmasının yeganə yolu qəbul edilmiş sənədlər əsasında dialoq vasitələrindən səmərəli istifadə etməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!