Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəliblər.
Yenisabah.az report-a istinadla xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün əraziyə yollanıb Marqarita pizza
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Telegram kanalımız