Respublika Pediatriya Mərkəzində nə baş verir? - İki aydır işçilərə maaş vermilmir

saytların hazırlanması

Evə çatdırılma

Respublika Pediatriya Mərkəzində nə baş verir? - İki aydır işçilərə maaş vermilmir

Sosial

02 İyul 2024 23:30 656


Bakıda Respublika Pediatriya Mərkəzinin işçiləri iki aydır maaşlarını ala bilmirlər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, keçmiş adı Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası olan müəssisə öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin icraatına verilib.

Daha sonra isə sözügedən xəstəxana Respublika Pediatriya Mərkəzinin icraatına verilib. pizza hut

Xəstəxananın işçiləri TƏBİB-in tabeliyindəki KTMT-dən işdən çıxarılıblar. Onlar təzə qurumda rəsmi olaraq işə götürülmələrini gözləyirlər. Lakin proses iki aydır uzandığından işçilər əməkhaqlarını ala bilmirlər.

Qeyd edək ki, mərkəzin direktoru Azər Əhmədovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!