Restoranda sevgilisini döyən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Restoranda sevgilisini döyən şəxsə hökm oxundu

Kriminal

18 Aprel 2025 12:16 373


Xətai Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Hafiz Nəbiyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisabah.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. pizza sifarişi

İttihama görə, hadisə bu ilin əvvəlində paytaxtın Xətai rayonu ərazisində yerləşən restoranlarından birində qeydə alınıb.

Belə ki, Hafiz Nəbiyevlə restoranda qabyuyan işləyən, qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Səbinə Əsədova (adı və soyadı şərtidir) arasında münasibətlər zəminində mübahisə baş verib. Bu zaman o, qadının baş nahiyəsinə əli ilə vurub onu döyərək, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.

Hadisədən sonra Hafiz Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!