Roma Papası qadınlara qarşı zorakılığa son qoymağa çağırır

saytların hazırlanması

Evə çatdırılma

Roma Papası qadınlara qarşı zorakılığa son qoymağa çağırır

Dünya

02 Yanvar 2022 07:45 838


Yanvarın 1-də etdiyi Yeni il çıxışında Roma Papası Fransis qadınlara qarşı zorakılığa son qoymağa çağırıb.

"Qadınlara qarşı nə qədər şiddət göstərilir" deyən Papa - "Yetər! Bir qadını incitmək Tanrıya həqarətdir."

Ötən ay bir televiziya proqramında çıxışı zamanı Francis qadınlara qarşı zorakılıq edən kişilərin "demək olar ki, şeytani" bir şeylə məşğul olduqlarını söyləyib. Dördpendirli pizza

Pandemiya başlayandan bəri Papa Fransis bir neçə dəfə məişət zorakılığına qarşı çıxıb, hansı ki, karantin dövründə bu zorakılığın səviyyəsinin bütün dünya üzrə kəskin artdığı bildirilir.

Katolik Kilsəsi yanvarın 1-ni həm də Ümumdünya Sülh Günü kimi qeyd edir.

Ötən ay bu münasibətlə verdiyi bəyanatında Papa xalqları silaha daha az, təhsilə isə daha çox xərcləməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!