Rövşanə İlkin Əhmədovu efirə buraxmamağından danışdı - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Rövşanə İlkin Əhmədovu efirə buraxmamağından danışdı - Açıqlama

Şou

12 Aprel 2023 15:01 2444


Ötən gün aparıcı Rövşanə Ağasəfqızı və Əməkdar artist İlkin Əhmədov arasında qalmaqal yaşanıb. 

Buna səbəb sənətçinin “Space səhər” verilişinə gecikməyi olub. Proqramın bitməyinə 10 dəqiqə qalmış gələn xanəndəni Rövşanə efirə buraxmayıb. 

Aparıcının efirdə “İlkin xalqa qarşı hörmətsizlik edir” deməsi isə qalmaqala səbəb olub. Hadisədən sonra bir sıra açıqlamalar verən xanəndə bu sözə görə aparıcını məhkəməyə verə biləcəyini, bunun təhqir olduğunu qeyd edib.  Dominos pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan aparıcı Rövşanə Ağasəfqızı bu haqda geniş danışmaq istəməsə də, məsələyə qısa münasibət bildirib:

“Hamı canım-gözümdür, istəyən gəlib efirimdə qonaq ola bilər, amma bu hadisə ilə bağlı heç bir reaksiya vermək istəmirəm. Hər şey efirdə oldu və bitdi, vəssalam. Mən heç kimi təhqir etmirəm. Dostoyevskinin bir sözü var, danış, səni görüm. Ona görə də hər kəs öz fikrini dedi, məsələ bağlandı. Mən efirdə kimisə təhqir edəcək, kiminsə xətrinə dəyəcək ifadə işlətməmişəm. Bu, efirdir və mən də efirin təəssübünü çəkirəm. Mənim üçün efir iş yerimdir, tamaşaçı qarşısına çıxıram. Hər bir tamaşaçı da xalqın nümayəndəsidir. Mən onların hər birini sevirəm, onlar üçün çalışıram. Hamısının canı sağ olsun, mən hamısını yenə də sevirəm”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!