Bir müddət əvvəl yıxılan və ayağı zədələnən Röya Ayxan bu barədə yeni açıqlama yayıb.
Yenisabah.az xəbər verir ki, bununla bağlı o, "Instagram"da paylaşım edib.
Xalq artisti vurğulayıb ki, həkimlər ona bir müddət dikdaban ayaqqabı geyinməyi qadağan ediblər: pizza mizza
“Mən yıxılmışam, bir az ayağımı əzmişəm. Bir az desəm, yalan olar, möhkəm əzilib. Həkimlər dedilər ki, üstünə basmamalıyam, bir müddət altı düz ayaqqabıda gəzməliyəm.
Səhnəyə çıxıram, eybi yox. Yıxılmaq videom da evdə hər kəsdə var. Dostlarım həmin videoya baxıb. Bir dostum deyir ki, sənin nəvə-nəticə oynadan zamanındasan, belə hoppanıb-düşən vaxtındır?
Başa düşürəm ki, düz deyir. Mənim həyatımda isə yaşım çox cavandır. Mən çox yaxşıyam, özünüzdən muğayat olun. Bir müddət dikdaban geyinə bilməyəcəyəm. Xəbəriniz olsun”.
Telegram kanalımız