Röya Ayxandan maraqlı addım

saytların hazırlanması

Evə çatdırılma

Röya Ayxandan maraqlı addım

Şou

28 Aprel 2023 13:05 842


Xalq artisti Röya Ayxan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. 

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, mərkəzlə tanışlıq zamanı qonaq yaradıcılıq studiyalarındakı təlim prosesi ilə maraqlanıb, dulusçuluq sahəsində bacarığını sınayıb.

Musiqi studiyasında mərkəz üzvlərinin çıxışlarını dinləyən ifaçı onlara qoşulub. Xalq artisti benefisiarlarla birlikdə Mərkəzin estrada ansamblının müşaiyəti ilə repertuarından sevilən mahnıları canlı ifa edib. pizza sifarişi

Həmin anları instaqram hesabında paylaşan pop ulduz bunları qeyd edib:

“İlk dəfə idi ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində getdim. Çox həyəcanlı idim. Qonaq olub dostlarımın əl işinə baxdım. Çox bacarıqlıdılar, Maşallah. Mən hələ dulusculuq bacarığımı yoxladım. Bir yerdə oxuduq, əyləndik. Günüm çox da gözəl keçdi. Hamınızı sevirəm uşaqlar”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!