Röya Bərdədə zorlanan yeniyetmə ilə bağlı paylaşım etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Röya Bərdədə zorlanan yeniyetmə ilə bağlı paylaşım etdi - Foto

Şou

29 Avqust 2022 21:04 1541


Xalq artisti Röya Ayxan Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslərlə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, Röya paylaşımda yeniyetməyə təcavüz edərək lentə alan şəxslərin ağır cəzalandırılması istəyib: 

“Bərdədə məktəbli qızın başına gətirilən bədbəxt hadisə ilə bağlı prosesi yaxından izləyirəm və nəticəni səbrsizliklə gözləyirəm. Mənim orada bibilərim, onların qızları, balaları yaşayır. Bir qadın kimi mənə təsir etdi, ölkəmdə baş verdiyi üçün utandım. Azərbaycan polisinə təşəkkür edirəm, səbəbkarları tapıblar. Lakin onlardan rica edirəm ki, 14 yaşlı bir yeniyetməyə bu cür rəftar edən o 4 nəfər ən ağır şəkildə cəzalandırılsın. Çox xahiş edirəm, məsələyə həssaslıqla yanaşsınlar. Hər kəsin övladı var”. Sezar pizza

İmamət İSMAYILOVA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!