Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.
Yenisabah.az xəbər verir ki, şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. Bəstəkar məktubdakı sözlərə musiqi bəstələyib.
Mahnı “Yada düşürsən” adlanır. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə həsr olunan sözləri qiraət edib. Pepperoni pizza
Müğənni studiyada mahnını oxuduğu anları instaqramda paylaşıb.
“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”,- sənətçi bildirib.
Qeyd edek ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.
İmamət İSMAYILOVA
Telegram kanalımız