Ruben Vardanyanın vəsatəti təmin edildi

saytların hazırlanması

Evə çatdırılma

Ruben Vardanyanın vəsatəti təmin edildi

Kriminal

17 Yanvar 2025 21:52 424


Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyana cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilib.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin inzibati binasında keçirilən məhkəmənin hazırlıq iclasında R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçisi vəsatət verib.

Vəsatət cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub. Pepperoni pizza

Dövlət ittihamını müdafiə edən prokuror cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə dair vəsatətin isə təmin olunmasını məhkəmədən xahiş edib.

İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.

Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!