Rus Dram Teatrının aktyorunun qatilinə ömürlük həbs

saytların hazırlanması

Evə çatdırılma

Rus Dram Teatrının aktyorunun qatilinə ömürlük həbs

Kriminal

10 Aprel 2025 14:05 271


Bakıda 2 nəfəri qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, hökmə əsasən, müttəhim ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il oktyabrın 22-də Bakının Nəsimi rayonunda baş verib. pizza hut

1973-cü il təvəllüdlü İslam Hadıyev tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı, 1944-cü il təvəllüdlü Lyudmila Tkaçı öldürüb.

O, Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə ittiham olunub.

Öldürülən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və dövlət başçısının Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!