İyulun 11-i axşam saatlarında Rusiya ordusunun müqaviləli əsgəri 2 həmkarını güllələyib, birini isə yaralayıb, bundan sonra Belqorod vilayətindəki hərbi dislokasiya məntəqəsindən qaçıb.
Yenisabah.az Baza və Shot-a istinadla xəbər verir ki, qaçan müqaviləli əsgərlə digər hərbçilər arasında məişət münaqişəsi baş verib.
Atışmanın hərbçilərin spirtli içki qəbul etdiyi zaman baş verdiyini iddia olunur. Toyuqlu pizza
Artıq fərarinin axtarışları başlayıb. O, sərhədi keçərək Ukrayna ərazisinə keçə bilər.
Telegram kanalımız